Kayıtlar

Pensiya Alanlar Bu Xeberi Mutleq Oxuyun

Resim
Bu aydan minimum pensiya məbləği 200 manata çatdırılandan sonra pensiyaya çıxmaq üçün tələb olunan minimum pensiya kapitalı da artıb. Sonxeber.az bildirir ki, tanınmış iqtisadçı Vüqar Bayramov məsələyə münasibət bildirib. O, vurğulayıb ki, hazırda güzəştli qruplar istisna olunmaqla, pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da 28800 manat minimum pensiya kapitalı olmalıdır. "Əgər, vətəndaş 25 il işləməyibsə və 28800 manat kapital yığa bilməyibsə, o zaman pensiya hüququ əldə edə bilmir. Yəni bu halda ona pensiya təyin edilmir. Qeyd edim ki, minimum pensiya kapitalı minimum pensiya məbləğinə uyğun müəyyənləşir. Minimum pensiya kapitalı = minimum pensiya məbləği X 144 ( 12 il X 12 ay). İndiki haıda minimum pensiya məbləği 200 manat olduğundan 200 manat X 144=28800 manat minimum kapital tələb olunur. Gələcəkdə minimum pensiya artacağı halda minimum pensiya kapitalı da artacaq. Məsələn, əgər minimum pensiya 300 manat olarsa, o zaman minimum pensiya kapitalı 43200 manat